Şrift:
Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad saxlanılıb
05.07.2019 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəalın iyulun 2-də Təbrizin Fəcr məhəlləsində yerləşən öz iş yerində saxlandığı bildirilir.

Onun harada saxlandığı, həmçinin tutuqlanmasının səbəbi barədə hələlik heç bir məlumat yoxdur.

Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Məlumata görə, Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartı (flaşka) məmurlar tərəfindən götürülüb.

N.S
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed