Şrift:
Bakıda yük maşını "BakuBus" avtobusuna çırpıldı: Yaralılar var
08.07.2019 [10:17] - Gündəm, Hadisə
Gecə saatlarında Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Ford" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed