Şrift:
Təxminən bir həftə əvvəl saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur
08.07.2019 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjaddan heç bir xəbər olmaması onun ailəsinin nigaranlığına səbəb olub.

Fəal iyulun 2-də öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

O qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına intiqal edildiyini bildirmişdir. Fəalın ailəsi həmin telefon əlaqəsindən başqa onunla bağlı heç bir məlumat əldə edə bilmir. Bu məsələ onların nigaranlığına səbəb olub.

Məlumata görə, Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.
Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının(flaşka) məmurlar tərəfindən götürüldüyü bildirilir.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed