Şrift:
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.2019 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
XVII əsrdə yaşamış Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli “Divan”ı Təbrizin “Qalan yurd” nəşriyyatında çapdan çıxıb.

Məczub Təbrizinin “Divan”ını nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

İnstitutdan bildiriblər ki, əsər Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanılan əlyazma nüsxələri əsasında hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed