Şrift:
Tramp: ABŞ İrana qarşı sanksiyaları 'əhəmiyyətli dərəcədə' artıracaq
11.07.2019 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Prezident Donald Tramp çərşənbə axşamı İrana qarşı iqtisadi sanksiyaların `əhəməiyyətli dərəcədə` artırıla biləcəyini bildirib.

İran 2015-ci ildə dünya qüdrətləri ilə əldə edilmiş razılaşma ilə nəzərdə tutulmuş limitdən daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlayacağını etiraf edib. Tramp keçən il nüvə razılaşmasından çıxaraq, Tehrana qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ lideri Twitter səhifəsində “İranın uzun müddətdir razlığı pozaraq uran zənginləşdirdiyini yazıb. Tramp “İran hökumətinə borcun qaytarılmasına razı olaraq, “keçmiş dövlət katibi Con Kerri və Obama administrasiyası tərəfindən əldə edilmiş 150 milyard dollarlıq razılığı” kəskin tənqid edib.
“Yadda saxlayın ki, bu razılığın müddəti qısa zamanda bitəcək. Sanksiyalar isə əhəmiyyətli şəkildə artacaq”, Tramp bildirib.

Trampın bu açıqlamaları ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinə Vyanada görüş zamanı “İranın nüvə proqramını genişləndirməsinə heç bir səbəbin olmadığını” bildirməsindən sonraya təsadüf edir.

Vaşinqton İranı “nüvə sahəsində son addımları dəyişməyə və gələcəkdə bu fəaliyyətlərin davam etdirilməsini dayandırmağa” çağırıb.

Lakin ABŞ eyni zamanda, Tehranla qeyd-şərtsiz yeni danışıqlara açıq olduğunu və “münasibətlərin tam normallaşmasının mümkünlüyünü” istisna etmədiyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed