Şrift:
AZƏRBAYCANIN XƏBƏR SAYTLARI DAĞIDILIR
17.09.2011 [14:53] - Gündəm
Xarkerlər musavat.com xəbər saytından sonra 24saat.az-ı dağıtmağa çalışırlar

Dünən gecə saatlarından etibarən 24saat.az-a haker hücumları başlayıb.
Bir neçə gün öncə baş verən hücumdan fərqli olaraq bu dəfə sayta 48 İP-dən hücum olunub.
Bu barədə məlumatı 24saat.az-ın baş redaktoru Bəxtiyar Elcan verib: “Hostların əksəriyyəti gizlidir. Sayta 48 İP-dən hücum olunub. Bu səbəbdən saytımızın yerləşdiyi server bir müddət sayta girişi və onun idarə olunduğu administrativ strukturu bağlayıb. Mütəxəssislərimiz hücumların qarşısını ala biliblər. Sayta xidmət edən mütəxəssıslər hücumun peşəkarlar tərəfindən edildiyini deyirlər”.
Xatırladaq ki, bir gün əvvəl də xarkerlər musavat.com-a hücum etmişdilər.

davam.az
Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed