Şrift:
Sabirabadın mərkəzi bazarında yanğın baş verib
16.07.2019 [09:01] - Gündəm, Hadisə
İyulun 16-da səhər saatlarında Sabirabadın mərkəzi bazarında yanğın baş verib.

Yanğın “Əmin market” ticarət obyektindən başlayıb və alovun əhatə dairəsi daha da genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-ə yaxın texnikası və canlı qüvvəsi, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed