Şrift:
Təxminən iki həftə əvvəl Təbrizdə saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur
16.07.2019 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjadın saxlanmasından təxminən iki həftə keçməsinə baxmayaraq onun barəsində heç bir məlumat yoxdur.

Bu vəziyyət fəalın ailəsinin nigaranlığına səbəb olub.

Fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

O tutulduqdan sonra qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına intiqal edildiyini bildirmişdir. Fəalın ailəsinin cəhdlərinə baxmayaraq məhkəmə və təhlükəsizlik orqanları fəalın hansı səbəbdən saxlandığı barədə hərhansı məlumat verməkdən imtina edir.

Məlumata görə, Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.
Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının(flaşka) məmurlar tərəfindən götürüldüyü bildirilir.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed