Şrift:
İranın Urmiya şəhərində daha 4 məhkum edam edilib
16.07.2019 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər edam edilib.

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, edama hazırlıq üçün ötən gün təkadamlıq kameralara köçürülən hər dörd məhkum, Heymən Bənavənd, Cəfər Məhəmmədi, Məhəmməd Arif Nəcəfiyan və Mahmud Xalidi iyulun 16-sı sübh saatlarında Urmiya şəhərinin zindanında dara çəkiliblər.

Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmasa da, onlardan bəzilərinin bir neçə il həbsdə saxlandıqdan sonra edam edildiyi bildirilir.

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed