Şrift:
Pompeodan Ruhaniya cavab: “İran prezidenti Kerri və Obamaya etdiyi təklifi bizə də edir”
16.07.2019 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İran prezidenti Həsən Ruhaninin ABŞ-la müzakirələrə başlamağa hazır olduqları barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Tramp administrasiyasının İranla yenidən müzakirələrin başladılması barədə yaxınlarda yekun qərarı qəbul edəcəyini deyən Pompeo Ruhaninin təklifinin Kerri və Obamaya edilən təklifdən fərqlənmədiyini deyib.

Xatırladaq ki, iyulun 14-də Həsən Ruhani Amerika ilə danışıqlara hazır olduqlarını, lakin bunun başlanması üçün ilkin olaraq İrana qarşı sanksiyaların ləğv edilməsinin lazım olduğunu demişdi.

Ruhaninin bundan öncə də oxşar fikirlər səsləndirməsinə baxmayaraq, ölkənin siyasi piramidasının başında dayanan fiqur və yekun qərarı qəbul edən “dini lider” Əli Xamneyi Tramp administrasiyasıyla müzakirələri rədd edir.

Pompeo sonda bildirib ki, Ruhaninin təklifi Obama administrasiyasına edilmiş və faciəvi nüvə razılaşmasının əldə olunmasına səbəb olmuş təkliflə eyniyyət təşkil edir. O, bunun prezident Tramp tərəfindən müsbət qarşılanacağına ümid etmədiyini əlavə edib.
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed