Şrift:
Parataekvondo üzrə milli komandamız V Asiya çempionatında iştirak edir
17.07.2019 [10:07] - Gündəm, İdman
İordaniyanın paytaxtı Əmmanda parataekvondo üzrə V Asiya çempionatı keçirilir.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə altı idmançı təmsil edir. Yarışlarda Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58 kq), İmaməddin Xəlilov (61 kq), Abuzər Əbülfəzli (75 kq), Hüseyn Həsənov (75 kq) və Vüsal İsmayılov (+75 kq) K44 kateqoriyasında mübarizə aparıblar.

İyulun 16-19-da keçirilən yarış “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Komandamız çempionatda Azərbaycan Milli Paralimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə iştirak edir.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed