Şrift:
“MeqaFon” Dağlıq Qarabağla bağlı yanlış informasiyaya görə daxili təhqiqat aparır
17.07.2019 [10:09] - Gündəm, Siyasət
Rusiyanın ən böyük mobil operatoru “MeqaFon” şirkəti öz saytında Dağlıq Qarabağ haqqında yerləşdirilmiş yanlış informasiya ilə bağlı daxili təhqiqat aparır.

Bu barədə “MeqaFon”nun Direktorlar Şurasının sədri Yevgeni Bıstrıxın imzası ilə Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olmuş məktubda bildirilir.

Məktubun tam mətnini təqdim edirik: “Şirkətin saytının yenilənməsi zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi təqdim edilməsi barədə yanlış informasiya aşkar edilib. Şirkətin menecmentinin bunu aşkar etməsindən sonra səhv məlumat dərhal düzəldilib.

Hazırda “MeqaFon” insidentlə bağlı daxili təhqiqat aparır. Bu məlumata görə, məsul olan əməkdaşlar vəzifələrinin icrasından uzaqlaşdırılıb və onlar Rusiya Federasiyasının Əmək Məcəlləsinə müvafiq olaraq intizam cəzası alacaqlar.

“MeqaFon”un əsas iş prinsiplərindən biri öz kommersiya fəaliyyətini siyasi və dini kontekstdən uzaq tutmaqdır. Biz baş verən hadisədən təəssüfləndiyimizi bildirir, təsdiq edirik ki, səhv bilərəkdən deyil və hər hansı qərəzli niyyət olmadan buraxılıb. Şirkət bu qərəzsiz insident nəticəsində hisslərinə toxunulmuş hər kəsdən üzr diləyir”.
Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed