Şrift:
Fərəməz Novruzoğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
23.08.2012 [12:22] - Gündəm, Hüquq
Avqustun 22-də Nizami Rayon Məhkəməsində jurnalist Fərəməz Novruzoğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nizami Rayon Məhkəməsindən verilən məlumata görə, hakim İmran Burcayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, F. Novruzoğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F. Novruzoğlu aprelin 18-də həbs olunub. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, hablə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrinə əsasən ittiham olunub.
Bu xəbər oxucular tərəfindən 1671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed