Şrift:
Ərzaq, tütün, içki BAHALAŞIB
17.07.2019 [10:17] - Gündəm, İqtisadiyyat
2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2 faiz artıb.

Bu barədə Dövlət Statsitika Komitəsindən verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə içki istehsalında 65,2 faiz, qida məhsullarının istehsalında 20,0 faiz, tütün məmulatlarının istehsalında isə 14,2 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 2,8 dəfə, qaymaq və xama istehsalı 55,4 faiz, cem və marmeladların istehsalı 49,9 faiz, kolbasa məmulatları 45,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı 25,2 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed