Şrift:
Həkimə Əhmədi aclıq aksiyasını dayandırıb
17.07.2019 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hüquqlarının pozulduğuna etiraz olaraq Marağa zindanında aclıq aksiyası keçirən güney azərbaycanlı milli-mədəni fəal aksiyasını dayandırıb.

2 uşaq anası olan xanım Həkimə Əhmədi tələblərinin təmini istiqamətində zindan rəisi tərəfindən tədbir alındığı üçün 4 günlük aclıq aksiyasına son qoyub.

Bununla bağlı yayılan xəbərdə bildirilir ki, zindan rəisinin cəhdləri nəticəsində hüquqi cəhətdən yanlışlığa yol verilən iddianamə yenidən məhkəmənin prokurorluqda olan şöbəsinə qaytarılıb.
Fəalın məhkəmə prosesinə Binab Şəhər İnqilab Məhkəməsi baxır.

Deyilənlərə görə, H.Əhmədi ilə birlikdə daha bir neçə məhbusun iddianaməsi istintaq şöbəsinə qaytarılıb. Bütün bunlar H.Əhmədinin səyi nəticəsində mümkün olub.

H.Əhmədi saxlanmasının 10-cu ayına yaxınlaşdığı bir vaxtda Binab (Bin Ev) Ədliyyə Şöbəsinə ünvanladığı məktubda qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz olaraq iyulun 13-dən aclıq aksiyasına başladığını elan etmişdir.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed