Şrift:
“Qərbi Azərbaycanın təxminən 400 kəndində selə qarşı təhlükəsizlik tədbirləri alınmalıdır”
17.07.2019 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyaləti Mənzil Fondunun rəisi təmsil etdiyi əyalətdə 380 kənddə selə qarşı təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu bildirib.

Mahmud Bədəli bu barədə “Fars” xəbər agentliyinin müxbirinə danışıb.
“Əslində Qərbi Azərbaycanda 490 kənddə sel və daşğınlara qarşı önləyici tədbirlər alınmalı idi. Lakin son vaxtlar 107 kənddə evlərin başqa əraziyə köçürülməsi, körpü və kanalların çəkilməsi, həmçinin çayların kənarında divar tikilməsi kimi işlər görülüb. Hal-hazırda 380-dan çox kənddə oxşar işlərə ehtiyac var.”- deyə o bildirib.

Mahmud Bədəli vurğulayıb ki, önləyici tədbirlər üçün lazımi büdcə vəsaiti təmin olunarsa, Mənzil Fondu sözügedən kəndlərdə selə qarşı təhlükəsizlik tədbirlərini həyata keçirməyə istənilən vaxtda hazırdır.

Mənzil Fondunun rəisi ötən il selə məruz qalan Piranşəhrin Pəsvə kəndinin vəziyyətinə də toxunub. “Kənddə çayın kənarında divarın və bir körpünün tikilməsinə ehtiyac var idi. Bununla bağlı nəzərdə tutulan layihənin icrasına başlanılıb, artıq işlərin 25 faizi görülüb.”- deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, Güney Azərbaycanın şəhər və kəndləri yanğın, sel və zəlzələ kimi təbii fəlakətlərə qarşı dayanıqsız vəziyyətdədir. Təbii fəlakətlər baş verdiyi zaman hadisədə çoxlu itki verirlir və əhaliyə ağır ziyan dəyir. Bu vəziyyət yerli əhali ilə yanaşı bəzi millət vəkillərini də dilə gətirib, onlar bölgədə təbii fəlakətə qarşı önləyici tədbirlərin alınmasının vacib olduğunu dəfələrlə vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed