Şrift:
Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandı
19.07.2019 [10:07] - Köşə yazarları, İdman
Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.

Belə ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən para-pauerliftinq üzrə dünya çempionatında idmançımız 107 kiloqram çəki dərəcəsində 217 çəki qaldırıb. O, bu nəticə ilə Paralimpiya Oyunlarına lisenziya qazanıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed