Şrift:
Baş konsul: Azərbaycan xalqı İranda zəlzələdən zərər çəkmiş qardaşlarına hər zaman yardım etməyə hazırdır
23.08.2012 [16:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran ağır günlərimizdə bizim yanımızda olub, indi də bizim borcumuzdur ki, İranda zəlzələdən zərər çəkmiş qardaşlarıımızın yardımına gələk və onlara kömək edək. Azərbaycan xalqı zəlzələdən zərər çəkmiş qardaşlarına yardım etməyə hər zaman hazırdır. Bu sözləri Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə bu gün Şərqi Azərbaycan əyalətinin başçısı Əhməd Beygi ilə görüşündə deyib. Bu barədə FARS agentliyi xəbər verir.
Əlizadə deyib ki, Azərbaycan İranla əməkdaşlığını hərtərəfli inkişaf etdirməyə hazırdır və iki ölkə arasında hər hansı bir gərginlik heç kimin xeyrinə olmayacaq.
İranın Şərqi Azərbaycan əyalətinin başçısı Əhməd Beygi bildirib ki, İran və Azərbaycan xalqları bir millətdir və ağır günlərində bir-birinin yanında olmalıdır.
Azərbaycan Respublikasından Şərqi Azərbaycan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsinə 25 avtomobildən ibarət humanitar yardım İran Biləsuvarında və üç avtomobil də Naxçıvan MR-dən Culfada İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə təhvil verilib və oradan zəlzələ bölgəsinə göndərilib.
Humanitar yardıma 3000 ədəd adyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, 40 ton un, 20 ton düyü, 9 ton çay, 10 ton qənd, 19 ton yağ, 10 ton makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları daxildir.
Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 1406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed