Şrift:
Gimnastımız Arzu Cəlilova dünya çempionatının ikiqat mükafatçısı olub
22.07.2019 [10:14] - Gündəm, İdman
Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə gənclər arasında ilk dünya çempionatı yekunlaşıb.

Yığma komandamızın üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova çempionatın iki medalına sahiblənib. Gənc gimnastımız ilk olaraq, iplə kompozisiyasına görə 17.400 xalla bürünc medal qazanıb. Arzunun ikinci final çıxışı isə topla olub. Təmsilçimiz bu proqramda daha da uğurlu çıxış nümayiş etdirərək 19.200 xalla gümüş medala layiq görülüb.

Digər fərdi gimnastımız Nərminə Səmədova da bu gün xalça üzərində iki final çıxışı icra edib. Nərminə gürzlərlə 16.700 xal toplayaraq yeddinci, lent ilə çıxışına görə isə 15.825 xalla beşinci yerdə qərarlaşıb.

Qrup hərəkətləri komandalarına gəldikdə isə Azərbaycan təmsilçiləri Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədova beş halqa ilə icra etdikləri kompozisiyalarına görə finalçılar arasında olublar. Gənclərdən ibarət komandamızın final çıxışı 19.950 xalla dəyərləndirilib və onlar çempionatı yeddinci olaraq başa vurublar.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed