Şrift:
Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına dair razılıq əldə olunub
24.07.2019 [09:07] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrin arasında Ankarada keçirilən görüşdə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına dair razılıq əldə olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, bu razılıq əsasında hər iki ölkənin hərbçilərindən ibarət qrup nəzərdə tutulan təhlükəsizlik zonasının əlaqəli şəkildə yaradılması üçün zəruri sayılan məsələləri yerinə yetiriblər.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed