Şrift:
Latviya və Litva dəniz sərhədləri ilə bağlı razılığa gələ bilər
24.07.2019 [09:37] - Gündəm, Siyasət
Latviya prezidenti Eqil Levits ölkəsinin Litva ilə dəniz sərhədləri barədə razılığa gəlməsində maraqlı olduğunu bildirib.

Bu sözləri prezident keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu mövzu uzun müddətdir həllini tapmayıb, halbuki iqtisadi əməkdaşlıq çərçivəsində razılığa gəlmək mümkündür.

Ötən il dəniz sərhədləri barədə iki ölkə arasında razılaşma hazırlanmışdı, lakin Latviya tərəfi sənədi imzalamamışdı. Buna səbəb sərhəd xəttindəki resursların istifadəsində Latviya tərəfinin narazılığı olmuşdu.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed