Şrift:
Hindistanda sel və daşqınlar nəticəsində ən azı 106 nəfər ölüb
24.07.2019 [10:35] - Gündəm, Hadisə
Hindistanın Bihar ştatında və qonşu Nepalda musson yağışlarının meydana gətirdiyi sel və daşqınlar nəticəsində ən azı 106 nəfər ölüb. NDTV telekanalının saytı xəbər verir ki, təbii fəlakət ştatın 38 rayonundan 12-sini əhatə edib.

Bihar ştatının rəsmiləri bildiriblər ki, hazırda təbii fəlakət zonasında 8,55 milyon insan var. Bir neçə gündür davam edən şiddətli yağışların kəsilməsindən sonra suyun səviyyəsi aşağı düşsə də, əhalinin bir hissəsi evləri dağılmış insanlar üçün qurulan çadırlarda qalır. Ştatın hökumətinin onlar uçun təşkil etdiyi 812 ictimai mətbəxdə pulsuz yemək verilir.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed