Şrift:
Belarus diplomatı Ankarada güllələnib
25.07.2019 [09:02] - Gündəm, Siyasət
Belarusun Türkiyədəki Səfirliyinin diplomatı Alexandr Poganshev Ankarada silahlı hücuma məruz qalıb.

Ağır yaralanan diplomat Ankara Güven Xəstəxanasına yerləşdirilib. Yaralı diplomat hazırda reanimasiya şöbəsindədir. Sağlamlığı ilə bağlı təhlükəli vəziyyət aradan qaldırılıb. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu xəstəxanaya baş çəkib, o cümlədən belaruslu həmkarı ilə də telefonda danışıb

Nazir M.Çavuşoğlunun məlumatına görə, diplomata silahlı hücum edən şəxs təqaüddə olan hərbçidir. O, diplomatı vurandan sonra intihar edib. İlkin məlumata görə, hadisə siyasi məqsədlə törədilməyib. Hadisə ilə bağlı tədqiqat aparılır.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed