Şrift:
Qəzvində Sayğac Zavodunun fəhlələri içəri buraxılmadıqlarına etiraz olaraq aksiya keçirib
25.07.2019 [09:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qəzvin şəhərində Sayğac Zavodunun fəhlələri növbəti dəfə etiraz yığıncağı keçirib.

Bu dəfə fəhlələr zavoda buraxılmadıqlarına etiraz ediblər.

Zavodun qapısına toplaşan təxminən 200 fəhlə şirkət rəhbərliyinin verdiyi qərara kəskin etiraz bildirib.

Zavodun fəhlələrindən biri bu barədə deyib: “İyulun 22-də müdir postuna təyin olunan şəxs çərşənbə axşamı günündən müqavilə müddəti bitən 200 fəhləni zavoda buraxmır. Onların arasında 25 il iş stajı olan fəhlələr var. Biz yeni müdir fəaliyyətə başladıqdan sonra işlə bağlı vəziyyətimizin daha yaxşı olacağını düşünürdük, lakin bunun tərsinə şahid olduq, biz zavodun bağlı qapısı ilə üzləşdik.”

O sözlərinin davamında əlavə edib ki, zavodun əsas sahibi bizim bilmədiyimiz səbəbdən bir neçə ildir ki, həbsdədir. O zamandan şirkət və fəhlələr qeyri-müəyyən vəziyyətdə fəaliyyət göstərir.

Zavodda çalışan daha bir fəhlə şirkətlə aralarında olan əsas problemi açıqlayıb. O bildirib ki, son 3 il ərzində təxminən 25 ayın əmək haqqı, həmçinin siğorta haqları şirkət tərəfindən ödənilməyib.

Qəzvin Sayğac Zavodu fəhlələrinin sözlərinə görə, vaxtı ilə zavodda 350, hətta 400-ə qədər fəhlə çalışıb. Lakin son 2-3 ildə onların sayı 200-ə düşüb.

Ötən günlərdə Sayğac Zavodunun fəhlələri Qəzvin Valiliyinin binası qarşısında etiraz aksiyası keçirmişdir. Onlar aksiyanın zavodda istehsalla bağlı sabitsizlik, işlərini itirmə təhlükəsi və gecikən əmək haqları ilə əlaqədar olduğunu bildirmişdir.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed