Şrift:
Yaponiyada 11 nəfər anomal istilərin qurbanı olub
30.07.2019 [12:34] - Gündəm, Hadisə
Yaponiyada 11 nəfər son günlər hökm sürən anomal isti havaların qurbanı olub. AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, son həftədə bu ölkədə havanın hərarəti xeyli artıb. Ən azı 6,664 nəfər günvurma və digər rahatsızlıqlarla əlaqədar xəstəxanalara müraciət edib, onlardan 52,6 faizi 65 yaşdan çox insanlardır. Agentliyin xəbərində qeyd olunur ki, həkimə müraciət edənlərin bəzisində qızdırma halları aşkar edilib və üçhəftəlik müalicə kursu keçəcəklər.

Qızmar havalar Yaponiyanın 47 prefekturasında sakinlərin, xüsusilə ahıl insanların səhhətində ciddi problemlərə səbəb olub, 11 nəfər isə dünyasını dəyişib. Anomal istilərdən insanların ən çox zərər gördüyü ərazilər ölkənin mərkəzindəki Aiçi prefekturası (392 nəfər), Osaka prefekturası (388 nəfər) və paytaxt Tokiodur (299 nəfər).

Yaponiyanın meteorologiya agentliyi bu həftə anomal istilərin davam edəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed