Şrift:
Naxçıvanlı ağır atletlər ölkə birinciliyinin qalibi olublar
30.07.2019 [12:40] - Gündəm, İdman
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində naxçıvanlı idmançılar uğurlu nəticələr qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən bildirilib ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klublarını, mərkəzlərini, Uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

Birincilikdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirmələri də iştirak ediblər.

17 yaşa qədər olan oğlanlar arasında mübarizə aparan Tərmenxan Babayev yenə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Belə ki, 89 kiloqram çəki dərəcəsində idmançımız, ümumilikdə, 323 kiloqram ağırlığın (146+177 kiloqram) öhdəsindən gəlməyi bacarıb və qızıl medal qazanıb. 55 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançımız Gülcahan Əliyeva isə ümumilikdə, 90 kiloqramı (37+53 kiloqram) ram edib və birinciliyin qalibi olub.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed