Şrift:
Pakistanın Baş Naziri “Taliban”la görüşmək istəyir
30.07.2019 [14:43] - Xəbərlər, Siyasət
Pakistanın Baş Naziri İmran Xan Əfqanıstanda hökumətlə “Taliban” hərəkatının liderləri arasında ikitərəfli danışıqlara başladılmasına vasitəçi olmaq məqsədilə hərəkatın rəhbərləri ilə görüşmək istəyir. “DawnNews” saytı xəbər verir ki, bunu Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi bəyan edib. O əlavə edib ki, “Taliban” liderləri də Qətərin paytaxtı Dohada aparılan danışıqlardan sonra Pakistanın hökumət başçısı ilə görüşmək istədiklərini bildiriblər. “İslamabad bu məsələdə nikbindir. Lakin Pakistan sülh prosesində qarant deyil, sadəcə vasitəçidir”, -deyə nazir vurğulayıb.

Şah Mahmud Qureşi qeyd edib ki, Əfqanıstanda sülhün və sabitliyin bərqərar olması təkcə Pakistanın işi deyil, bütün maraqlı tərəflər bu prosesdə fəal iştirak etməlidirlər. Onun sözlərinə görə, bu ölkədə sülhə nail olunması bu yaxınlarda İmran Xanın Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla da geniş müzakirə edilib.

ABŞ Prezidentinin Cammu və Kəşmir bölgəsində Pakistanla Hindistan arasında vasitəçilik etməsi məsələsinə toxunan nazir deyib ki, Dehli ikitərəfli danışıqlara hazır deyil və İslamabad bu məsələdə üçüncü tərəfin vasitəçiliyini qəbul etmir.
Bu xəbər oxucular tərəfindən 231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed