Şrift:
Nərd oyunu üzrə Xocavənd rayon birinciliyinin qalibləri müəyyənləşib
31.07.2019 [09:19] - Gündəm, İdman
Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik qəsəbədə keçirilən nərd oyunu üzrə birinciliyin qalibləri məlum olub.

Rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili, gənc, orta və yaşlı nəsil arasında ünsiyyətin möhkəmləndirilməsi, ən yaxşı nərd oyunçularının müəyyən edilməsi məqsədilə keçirilən birincilikdə 66 nəfər iştirak edib. Daha yaxşı oyun nümayiş etdirən Sahil Bayramov birinci, Elmidar Şirinov ikinci, Muradxan Şıxəliyev üçüncü yerə layiq görülüb. Qaliblər Xocavənd Rayon Gənclər və İdman İdarəsinin diplomu ilə təltif olunublar.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed