Şrift:
“Audi Cup”: “Bavariya” “Fənərbağça”nı darmadağın edib
31.07.2019 [09:22] - Gündəm, İdman
İyulun 30-da Almaniyada futbol üzrə “Audi Cup” turnirinə start verilib.

Dörd klubun mübarizə apardığı turnirdə Türkiyənin “Fənərbağça”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bayer Münxen” və İngiltərənin “Tottenham” klubları iştirak edir. “Fənərbaxça” “Bavariya” ilə üz-üzə gəlib və görüş almanların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Münxen təmsilçisinin heyətində Renatu Sançes, Tomaz Müller (3), Leon Goretska və Kinqsli Koman fərqləniblər. Türkiyə təmsilçisinin heyətində isə təsəlli qola Maks Kruz imza atıb.

Turnirin digər yarımfinalında “Real Madrid” “Alyans Arena”da “Tottenhem” ilə qarşılaşıb. Oyun London klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu birinci hissəsinin ortalarında Harri Keyn vurub.

İngiltərə klubu finalda “Bavariya” ilə qarşılaşacaq. Həmin görüş iyulun 31-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Üçüncü yer uğrunda qarşılaşma isə həmin gün saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu turnir 2009-cu ildən təşkil olunur. “Audi Cup”ın bütün qarşılaşmaları Almaniyanın Münxen şəhərindəki “Allianz Arena”da oynanılır. 2018-ci ildə turnirin son qalibi olan İspaniyanın “Atletiko Madrid” klubu finalda İngiltərənin “Liverpul” klubunu məğlubiyyətə uğradıb 1:1 (5:4).
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed