Şrift:
Bu gün “Qarabağ” İrlandiya çempionu ilə cavab matçına çıxacaq
31.07.2019 [10:25] - Gündəm, İdman
İyulun 31-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İrlandiya çempionu “Dundalk” klubunu qəbul edəcək.

Görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Oyun baş hakimi Svein Oddvar Moen olacaq. Ona Magnus Lundberg və İsaak Elias Skyeset Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sigurd Kringstad yerinə yetirəcək. Görüş saat 21:00-da başlayacaq.

Xatırladaq ki, klublar arasında İrlandiyada keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ağdamlıların avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri də, müəyyənləşib.

Bunlar Kiprin “APOEL” və Slovakiyanın “Slovan” (Bratislava) klublarıdır. “APOEL” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi cavab oyununda da qələbəyə imza atıb - 3:0.

Beləliklə, “Qarabağ” İrlandiyanın “Dundalk” klubunu üstələyəcəyi təqdirdə, məhz “APOEL”lə qarşılaşacaq. Bu klubların arasında ilk oyun avqustun 6-da Nikosiyada, cavab görüşü isə avqustun 13-də Bakıda təşkil olunacaq.

Azərbaycan təmsilçisi “Dundalk” səddini keçə bilməsə, mübarizəni UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Bu zaman isə rəqib “Slovan” olacaq. Slovakiya komandası II təsnifat mərhələsində Kosovonın “Feronikelis” klubunu evdə 2:1, səfərdə isə 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” bu komanda ilə qarşılaşacağı halda ilk görüş avqustun 8-də səfərdə, cavab oyunu isə avqustun 15-də evdə olacaq.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed