Şrift:
Qırğızıstan hökuməti istefaya göndərilib
24.08.2012 [14:47] - Xəbərlər, Türk dünyası-Turan
2012-ci il avqustun 24-də Qırğızıstanın Prezidenti Almazbek Atambayev Qırğızıstan hökumətinin istefaya göndərilməsi barədə əmr imzalayıb. Bu barədə KirTAQ xəbər verir.
Fərmana uyğun olaraq, 2011-ci il 16 və 20 dekabr tarixindən Qırğız Respublikasının Parlamentində ("Joqorku Keneşe") SDPK, "Ar-Namıs", "Respublika" deputat fraksiyalarının arasında razılaşmalar əsasında formalaşdırılmış parlament əksəriyyətini təşkil edən "Birimdik" fraksiyalar koalisiyasının öz statusunu itirməsinin rəsmən elan edilməsi ilə əlaqədar və ölkə Konstitusiyasının 65-ci maddəsinin 7-ci bəndinə, 84-cü maddəsinə və 87-ci maddənin 3-cü hissəsinə,Qırğızıstan Respublikasının "Qırğızıstan Respublikasının hökuməti haqqında " Konstitusiya qanunun 13-cü maddəsinin 4-cü hissəsinin 2-ci abzasına, "Qırğızıstan Respublikasının Parlament reqlamenti haqqında"Qanunun 14-cü maddəsinin 8-ci hissəsinə uyğun olaraq qərar alınır:
2011-ci il 16-20 dekabr tarixdən Qırğızıstan Respublikası Parlamentinin SDPK, "Ar-Namıs", "Respublika" deputat fraksiyalarının arasında razılaşmalar əsasında formalaşdırılmış hökumət istefaya getmiş hesab edilsin.
Qırğızıstanın Baş naziri, Baş nazirin birinci müavini, nazirləri və hökumətin digər üzvləri əvvəl tutduqları vəzifələrə uyğun öz səlahiyyətlərinin icrasını yeni hökumət formalaşanadək davam etdirsinlər.
Bu əmr imzalandığı andan qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 1262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed