Şrift:
ABŞ-a məxsus qırıcı təyyarə qəzaya uğrayıb
01.08.2019 [11:25] - Gündəm, Hadisə
ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus qırıcı təyyarə Çayna-Leyk bazasının yaxınlığında, “Ölüm dərəsi”ndə yerləşən “Ulduz müharibələri” adlı kanyonda qəzaya uğrayıb.

CNN telekanalı xəbər verir ki, qəza nəticəsində “Ölüm dərəsi” milli parkını ziyarət edən azı 7 nəfər xəsarət alıb.

Telekanal bildirir ki, kanyon aviasiya həvəskarları arasında kifayət qədər tanınmış yerdir, onlar burada təlim uçuşlarını seyr edirlər.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed