Şrift:
“Azəriqaz”: “ASAN Kommunal” mərkəzlərində gündəlik 500 müraciət qəbul olunur
01.08.2019 [11:40] - Gündəm, İqtisadiyyat
“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı “ASAN Kommunal” mərkəzlərində bəzən sutkada 500 müraciət qəbul edilir.

Birlikdən bildirilib ki, yeni smart kartların verilməsi ilə bağlı müraciətlərin sayı artmaqda davam edir. Gün ərzində “ASAN Kommunal” mərkəzlərində bəzən 500 müraciət qəbul olunur. Bu cür vəziyyətin maksimum səviyyəyə çatmasını nəzərə alaraq “Azəriqaz”ın Sabunçu, Xırdalan, Maştağa, Mərdəkan, eləcə də birliyin inzibati binasında və Babək prospektində yerləşən Bakı Regional Qaz Satışı Departamentində işçilər səfərbər olunub, abonentlərə şənbə və bazar günləri də qüsursuz xidmətin göstərilməsi intensiv davam etdiriləcək.

Müraciətlərin artması kütləvi şəkildə həyata keçirilən sayğac dəyişikliyi ilə bağlı abonentlərə yeni smart kartların təqdim olunması ilə bağlıdır. Birliyin mütəxəssisləri istehlakçılara yeni smart kartların verilməsi ilə yanaşı, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətlərini də göstərirlər.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed