Şrift:
Rusiyaya AĞIR ZƏRBƏ: Senatda qəbul edildi
02.08.2019 [09:41] - Xəbərlər, Siyasət
Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının beynəlxalq işlər üzrə komitəsi "Şimal axını-2” qaz kəməri layihəsinə qarşı sanksiyaları bəyəndi.

Bu haqda "Röyters” agentliyi bildirib.

Qanun layihəsini respublikaçı Ted Kruz və demokrat Cin Şahin hazırlayıblar. Prosedura əsasən, qanun bundan sonra Senatda ümumi səsverməyə çıxarılmalı, sonra Nümayəndələr Palatasında qəbul olunmalı və nəhayət, imzalanması üçün prezidentə göndərilməlidir.

Sanksiyalara xüsusi halda, İsveçrənin "Allseas” və İtaliyanın "Saipem” şirkətləri məruz qalacaq. Bundan başqa, sanksiyaların altına Avstriya (Otriş), Almaniya, Hollandiya, Fransa, Finlandiya və İsveç şirkətləri düşə bilər.

Qeyd edək ki, "Şimal axını-2” Finlandiya, İsveç və Danimarkanın ərazisi və ya xüsusi iqtisadi zonaları vasitəsilə Rusiyadan Almaniyaya qədər Baltik dənizinin dibi ilə keçməlidir. Danimarka tikintiyə hələ icazə verməyib.

ABŞ hesab edir ki, "Şimal axını-2” Avropanın Rusiyadan enerji asılılığını daha da artıracaq. Vaşinqtonda hesab edirlər ki, Moskva enerji ehtiyatlarından siyasi və iqtisadi təzyiq aləti kimi istifadə edir.
Avropada Almaniya, Avstriya və Norveç layihəni dəstəkləyirlər.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed