Şrift:
İranda vəkillər əmək fəallarının məhkəməsinin açıq keçirilməsini tələb ediblər
02.08.2019 [09:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsmayıl Bəxşi və Sepide Qəliyanın vəkilləri öz müvəkkillərinin məhkəmə prosesinin açıq keçirilməsini tələb ediblər.

“Həft Təpə” şəkər qamışı zavodunun işçilərinin nümayəndəsi İsmayıl Bəxşi və sivil aktivist Sepide Qəliyanın məhkəmə prosesinin avqustun 3-də keçirilməsi gözlənilir.

Eyni zamanda, “Həft Təpə” şəkər qamışı zavodunun həmkarlar ittifaqının üzvü Əli Nicati, eləcə də “Qam” adlı online məlumat platformasının əməkdaşları Sanaz Allahyari, Əmirhüseyn Məhəmmədifərd, Əmir Əmirqulu və Abbas Məhəmmədinin də təhlükəsizlik ittihamları ilə mühakimə olunacağı gözlənilir.

Vəkillər konstitusiyanın 165-ci müddəası və Cinayət Prosessual Məcəlləsinin 352-ci maddəsini əsas gətirərək, məhkəmənin açıq formada keçirməsinin zəruri olduğunu deyiblər.

İsmayıl Bəxşi və Sepide Qəliyanın vəkilləri bildiriblər ki, bu iki nəfərin ötən il televiziyada yayınlanmış “etirafları”nı nəzərdə aldıqda, şəffaflığın təmin edilməsi üçün məhkəmə prosesi açıq keçirilməlidir.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed