Şrift:
Bu gündən direktorların işə qəbulu üzrə imtahanlar başlanır
02.08.2019 [10:30] - Xəbərlər, Sosial
İmtahanlarda 2000-dən çox namizədin iştirakı nəzərdə tutulur

Avqustun 2-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başlanır.

Təhsil Nazirliyindən bildirilib ki, imtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulur.

İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed