Şrift:
Azərbaycan sahibkarları İrandakı beynəlxalq mebel sərgisinə dəvət olunublar
03.08.2019 [11:38] - Gündəm, İqtisadiyyat
Avqustun 6-9-da Tehranda 28-ci Beynəlxalq Mebel Sərgisi açılacaq.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib ki, İran və Azərbaycanın yüksək vəzifəli məmurlarının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına olan istəyini nəzərə alaraq, həmçinin əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şəraitin yaradılması məqsədilə azərbaycanlı sahibkarlar və şirkət rəhbərləri sərgidə iştiraka dəvət olunublar. Üç gecə oteldə qonaqlama, qidalanma təşkilatçı, nəqliyyat xərcləri isə iştirakçı tərəfindən ödəniləcək.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed