Şrift:
Küçələrin işıqlandırılması yol nəqliyyat hadisələrinin azalmasına da ciddi şəkildə təsir edəcək
03.08.2019 [12:01] - Köşə yazarları, Sosial
Son illər paytaxt Bakının daha da abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində ciddi addımlar atılıb. Bu gün Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır. Son illər ölkəmizə, Bakıya gələn turistlərin sayında da ciddi artım var. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtımızda olan mövcud problemlərə də toxundu. Onların həllinə dair müvafiq tapşırıqlarını verdi.

Bu fikirləri açıqlamasında ekspert, Sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov bildirib.

O deyib: “Prezident İlham Əliyev küçələrin işıqlandırılması məsələsini xüsusi vurğuladı. Dövlətimizin başçısı küçə işıqlandırılmasının hələ də lazımi səviyyədə olmadığını bildirdi. Prezident göstəriş verdi ki, bu məsələyə çox ciddi diqqət göstərilməlidir. Bu məsələ yol hərəkətinin, yollarda təhlükəsizliyin təmin olunması baxımından çox önəmlidir. Bakımızda yeni-yeni yollar, magistrallar, körpülər inşa olunur və ya əsaslı şəkildə təmir edilir. Lakin paytaxtın ətraf rayonlarında yaşayış məntəqələrinin yaxınlığında, piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi yollarda axşam saatlarında bəzən işıqlandırma olmur. Aparılan təhlillər göstərir ki, küçələrin lazımi dərəcədə işıqlandırılmaması sutkanın qaranlıq saatlarında yollarda təhlükəli şəraitin, yol nəqliyyat hadisələrinin, qəzaların baş verməsini və piyadaların vurulmasına səbəb olur. Hesab edirəm ki, bu məsələnin həlli yol nəqliyyat hadisələrinin azalmasına da ciddi şəkildə təsir edəcək”.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed