Şrift:
Ağacların köçürülməsində aqrotexniki qaydalara əməl etməyən qurum barəsində protokol tərtib olunub
03.08.2019 [12:09] - Köşə yazarları, Sosial
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Yasamal rayonunun Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı həmin ünvanda aparılan yol tikintisi ilə əlaqədar ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkarlanıb.

Faktla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed