Şrift:
Rusiyaya GÖRÜNMƏMİŞ ZƏRBƏ - Dövlət Departamenti rəsmən elan etdi
03.08.2019 [12:23] - Xəbərlər, Siyasət
Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti "Skripal işi” üzrə Rusiyaya qarşı sanksiyaların ikinci paketinin tətbiqini rəsmən elan edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda idarənin bəyanatında deyilir.

Dövlət Departamentinin bəyanatında deyilir ki, yeni sanksiyalar ABŞ-la Rusiyanın ticarətini milyardlarla dollar azalda bilər. Qeyd edilir ki, sanksiyalar inkişaf banklarının çoxtərəfli sisteminə Rusiyanın girişini məhdudlaşdıracaq.

"Skripal işi” çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar beynəlxalq təşkilatlara Moskvaya kreditlərin verilməsi üzrə məhdudiyyətləri tətbiq edir.
"ABŞ Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatları tərəfindən Rusiyaya maliyyə və texniki kömək üçün istənilən kreditin verilməsinə qarşı olacaq”, - idarədən bildirilib.

Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya ötən il martın 4-də Böyük Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənib. London hadisəyə görə Rusiyanı ittiham edib. London hesab edir ki, Rusiya dövləti Skripalın zəhərlənməsinə A234 maddəsi ilə cəlb olunub. ABŞ da eyni fikirdədir.
Vaşinqton 2018-ci ilin avqustunda Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Moskva isə ona yönələn bütün ittihamları qəti surətdə rədd edir.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed