Şrift:
Avstriyada növbədənkənar parlament seçkilərinə səkkiz partiya qatılacaq
05.08.2019 [09:57] - Xəbərlər, Siyasət
Parlamentdə təmsil olunan Avstriya Xalq Partiyası, Avstriya Sosial-Demokratlar Partiyası, Avstriya Azadlıq Partiyası, Yeni Avstriya və Liberal Forum və İNDİ partiyaları, eləcə də parlamentdə təmsil olunmayan Yaşıllar, Avstriya Kommunist Partiyası və Dəyişim partiyaları ölkənin doqquz əyalətinin hamısında seçkilərə qatılma haqqı əldə edib.

Ölkə qanunvericiliyinə görə, parlamentdə təmsil olunan partiyaların növbəti seçkidə iştirakı üçün ən azı üç deputatın seçki komissiyasına yazılı müraciəti yetərlidir. Qeyri-parlament partiyaları isə seçki komissiyasına ölkə üzrə azı 2600 dəstək imzası təqdim etməli və bu imzalar ölkənin bütün əyalətlərindən toplanmalıdır.

Qeyd edək ki, 2017-ci ildə keçirilən parlament seçkilərində on partiya iştirak edib.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed