Şrift:
Qahirədə ağır yol qəzası və partlayış nəticəsində 17 nəfər ölüb
05.08.2019 [10:09] - Gündəm, Hadisə
Qahirədə ağır yol qəzası və partlayış nəticəsində 17 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəza Qahirənin Milli Xərçəng Xəstəxanasının yaxınlığında bir neçə avtomobilin toqquşması nəticəsində baş verib. Qeyd olunur ki, avtomobillərdən biri yüksək sürətlə qarşıdakı zolağa çıxaraq üzbəüz gələn bir neçə avtomobilə çırpılıb. Toqquşma zamanı güclü partlayış və yanğın baş verib.

Hadisə yerinə 25 təcili yardım və bir neçə yanğın söndürən maşınları cəlb olunub. Misirin baş prokuroru partlayışın səbəblərinin araşdırılması barədə göstəriş verib və hadisə yerinə istintaq qrupunu göndərib.



Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed