Şrift:
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
05.08.2019 [10:13] - Gündəm, Hadisə
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nabran istirahət zonasında qeydə alınan hadisə zamanı “VAZ 2109” markalı nəqliyyat vasitəsi ilə üç piyada vurulub.

Xəsarət alanlardan biri - Xaçmaz rayonunun İstisu qəsəbə sakini, 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər iki nəfərə isə tibbi yardım göstərilib. Həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed