Şrift:
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, beş nəfər təxliyə edilib
05.08.2019 [10:36] - Gündəm, Hadisə
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində binanın şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 paqonometrdə yanıb. Yanğın zamanı 5 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed