Şrift:
BİR ANLIQ UŞAQ OLMAQ İSTƏDİM
05.08.2019 [12:48] - Gündəm, Sosial, Gənclik
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının “Mərdəkan” istirahət düşərgəsində oldum.
Sözün əsl mənasında çox şad oldum ki, Akademiya əməkdaşları uşaqlarının yay istirahətilərinin mənalı və səmərəli keçirilməsi, uşaqların sosiallaşması, asudə vaxtlarının düzgün təşkili məqsədi ilə belə bir düşərgə təşkil olunub. İlk əvvəl gəzinitmizi yeni tikilən korpusdan saldıq. AMEA –nın müxbir üzvü Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun şəxsi nəzarəti altında ərazidə yerləşən və yenidən tikilib təmir olunan korpus gələn il uşaqlar üçün istifadəyə verilməsi nəzərdə tutulub.
Belə düşərgələr uşaqların yay tətilinin səmərəli təşkili, onların məktəb həyatına daha enerjili şəkildə başlamalarına kömək edir.
Burada uşaqlar gündəlik proqram əsasında hərəkət edirlər. Onları qrup rəhbərləri gündəlik proqrama əsasən bölüşdürür. Hər qruplar öz fəaliyyətləri üzrə otaqlarına yerləşdikdən sonra müəllimlər sayəsində toplanırlar və himn oxuyurlar. Sonra uşaqlarımızın səhər gimnastikası daha sonra isə qidalanmaları olur. Uşaqlara ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, şahmat, tenis, şaşki üzgüçülük kimi dərslər müəllimlər tərəfindən öyrədilir.
Həmçinin uşaqlar üçün intelektual oyunlar təşkil olunur ki, bu da komanda oyunları çərçivəsində uşaqlara həm qalib olmaq, həm udmaq, uduzmaq, sağlam rəqabət, yarışmaq, komanda tərtib etmək qaydalarını öyrədir. Bu uşaqlara həm əyləncə verir, həm də onları əyləndirərək öyrədir. Aparılan sağlam rəqabət hissi onları inkişaf etməyə, daha da yaxşı hazırlaşmağa sövq edir.
Qeyd edək ki, Mərdəkan qəsəbəsində yerləşən “Mərdəkan” istirahət düşərgəsi 7-14 yaş arası məktəbli uşaqların istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla 5 növbədə təşkil edilib.





IV növbə: 10 avqust - 24 avqust;
V növbə: 27 avqust - 10 sentyabr .


Əziz AMEA-nın əməkdaşları olan valideynlər, əgər siz də övladınızın yay tətilini təhlükəsiz və rahat mühitdə əylənərək, həm də öyrənərək keçirməsini istəyirsinizsə, “Mərdəkan” istirahət düşərgəsi müraciət edə bilərsiniz. Düşərgə yay mövsümünün sonuna qədər davam edəcək. Bir növbə üçün adambaşı ödəniş haqqı 250 manatdır (100 manat valideyn tərəfindən, 150 manat isə institutun Həmkarlar Komitəsinin fondundan ödəniləcək).


AMEA Dendrologiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK-sədri Tünzalə Zeyvəliyeva

AMEA Dendrologiya İnstitunun məlumatı
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed