Şrift:
Yaponiyada tayfuna görə 150-dən çox təyyarə reysi ləğv olunub
06.08.2019 [10:37] - Xəbərlər, Sosial
Yaponiya aviaşirkətləri ölkənin cənub-qərb hissəsində tüğyan edən güclü “Fransisko” tayfununa görə 150-dən çox təyyarə reysini təxirə salmağa məcbur olub. TASS- xəbər verir ki, bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.
Qeyd olunur ki, bu günə qədər Kyusyu adasından ölkənin digər bölgələrinə nəzərdə tutulan 160-a yaxın daxili təyyarə uçuşu ləğv edilib. Pis hava şəraiti ölkənin cənub-qərbindəki dəmir yolu nəqliyyatında fasilələrə səbəb olub.
15 mindən çox insan təxliyyə barədə məlumatlandırılıb.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed