Şrift:
İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdə ölənlərin dəqiq statistikası açıqlanıb
25.08.2012 [13:28] - Güney Azərbaycan xəbərləri, Hadisə
Avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş 6,2 bal gücündəki zəlzələdə ölənlərin dəqiq statistikası açıqlanıb.
“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölən 306 nəfərdən 258-i Qaradağ mahalındandır. Onlardan 171-i qadın, 87-si kişidir. Ölənlərin 63.5 faizini qadınlar təşkil edir.
Bundan əlavə, zəlzələ nəticəsində 72 uşaq həlak olub. Onların 70-nin yaşı 18-dən aşağıdır. 10-19 yaşlarında 10, 20-39 yaşlarında 54, 40-59 yaşlarında 38, 60-79 yaşlarında 58 nəfər təbii fəlakətin qurbanı olub.

80 yaşından yuxarı 24 adam ölüb. 82 nəfərin yaşı 60-dan yuxarı olub.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed