Şrift:
ABŞ “USS Stennis” avidaşıyıcısını vaxtından əvvəl Fars körfəzinə göndərib
25.08.2012 [13:42] - Güney Azərbaycan xəbərləri, Hərb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “USS Stennis” avidaşıyıcısını vaxtından dörd ay əvvəl Fars körfəzinə göndərmək barədə qərar qəbul edib. Buna səbəb İranın əcnəbi neft tankerlərinə hədə-qorxu gəlməsi, Suriya və Əfqanıstandakı qeyri-sabit vəziyyətdir.
ABŞ-ın müdafiə naziri Leon Panetta gəminin yola salınması mərasimində çıxışı zamanı İran və Suriyanı ciddi təhlükə mənbəyi adlandırıb: “Gəminin göndərilməsi Yaxın Şərqdə müxtəlif təhlükələrə cavab kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Ərəb dənizi və Fars körfəzində 7 ay ezamiyyətdə olan “USS Stennis” aviadaşıyıcısı mart ayında ABŞ-ın Sietl limanına geri dönmüşdü. Ezamiyyətdə olduğu müddətdə gəmidəki mindən çox hərbi təyyarə İraq və Əfqanıstanda əməliyyat aparmaq məqsədilə uçuşlar həyata keçirmişdi.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed