Şrift:
BƏƏ-nin ilk kosmonavtı Beynəlxalq kosmik stansiyasında milli mətbəx nümunələrindən ibarət şam yeməyi təşkil edəcək
07.08.2019 [09:38] - Gündəm, Sosial
Birləşmiş Ərəb Əmirliklərinin bu ilin sentyabrında kosmosa uçuşu planlaşdırılan ilk kosmonavtı Xazza Al-Mansuri Beynəlxalq kosmik stansiyasında (BKS) Əmirliyin milli mətbəxindən ibarət şam yeməyi təşkil edəcək.

Bu barədə Məhəmməd bin Rəşid adına kosmik mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Al-Mansuri əmirliyin milli geyimində öz kolleqalarına üç milli xörək nümunələrini təqdim edəcək. Bundan öncə BKS-nin tarixində belə bir tədbir olmayıb. Əmirliyin kosmonavtı üçün milli yeməklərin hazırlanması ilə Rusiyanın “Kosmik qidalanma laboratoriyası” şirkəti məşğul olacaq.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed