Şrift:
Makuda silahlılarla atışma nəticəsində “Sepah” üzvləri həlak olub
07.08.2019 [09:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Maku şəhərində silahlılarla “Sepah” terror təşkilatının üzvləri arasında atışma olub.

Yerli media orqanlarının məlumatına görə, sərhədyanı ərazilərdən birində baş verən olay nəticəsində 2 “Sepah” üzvü olüb, 1-i ağır yaralanıb.

Atışmanın hansı ölkə ilə həmsərhəd bölgədə baş verdiyi barədə məlumat verilməsə də, silahlıların kürd terror təşkilatlarından birinin üzvləri olduğu bildirilir.

Qeyd etmək lazımdır ki, son aylar ərzində müxtəlif bölgələrdə silahlı qruplaşmalarla yaşanmış olaylar nəticəsində onlarla “Sepahçı” öldürülüb.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed